<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>316</hymn_number>
<lyrics>[V1]
 Hökm üçün göndərməmiş Allah Oğlun dünyaya,
 Dünya qurtulsun deyə, Oğul gəlmiş dünyaya.

[C1]
   Məhkum olunmaz əsla Ona hər iman edən,
   İman etməyən insan məhkumdur lap əzəldən.
   Çünki iman etməmiş Tanrının göndərdiyi
   Allahın Vahid Oğlu Rəbb İsanın isminə.

[V2]
 Nura gəlmir hələ də Yer üzərində insan,
 Çünki zülməti nurdan daha çox sevir insan.

[C2]
   Rəbbi sevən hər kəsin etdiyi əməlləri
   Qoy bəlli olsun deyə, yaxınlaşır Allaha.
   Rəbbi sevən hər kəsin əməlləri Allaha
   Məqbul olduğu üçün nura gəlir hər zaman.

[V3]
 Sən, əziz dostum, dinlə Allahın canlı sözün,
 Gəl, tövbə et, təmizlən hər bir günah şərindən.

[C3]
   Qoy sənin hər əməlin, qoy sənin hər təməlin
   İşıqlansın Allahın saf, təmiz Kəlməsiylə.
   Nurda gəz, nurda yeri hər zaman Rəbb Sözüylə
   Yer üzünü dolaşsın insan Rəbb Müjdəsiylə.</lyrics>
<title>Hökm üçün göndərməmiş Allah Oğlun dünyaya İL316</title>
</song>